BNA və məhkəmədən sürücüyə qarşı QANUNSUZ QƏRAR - FOTO - VİDEO

Nəqliyyat TV 24 Sentyabr 2021 | 15:22
OXUNUB: 9364

Bakıda dayanma-durma qaydasını pozmayan sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnib. Bu barədə sürücü Elşən Zakirli Avtosfer.az-a şikayət ünvanlayaraq bildirib ki, idarə etdiyi 99-VT-193 qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində qaydalar çərçivəsində park edən zaman BNA-nın əməkdaşları tərəfindən cərimələnib. Sürücünün sözlərinə görə həmin ərazidə nə dayanma-durmanı qadağan edən 3.27 nişanı var, nə də ki, avtobus dayanacağını bildirən 5.12 nişanı. Lakin tərtib edilmiş qərarda qeyd olunub ki, avtomobil ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacağında park edilib. Qərara əlavə edilmiş fotolardan da aydın şəkildə görünür ki, sözügedən ərazidə nə 5.12 nişanı var, nədə ki, 1.17 nişanlanması.

 

Sürücü qanunsuz yazılmış qərarın ləğv olunması üçün aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən məhkəmə iclası zamanı sürücünün şikayəti təmin edilməyərək qərar qüvvədə saxlanılıb. E.Zakirli iddia edir ki, məhkəmə iclası zamanı hakimə qayda pozmadığını bildirsə də, hakim yolun kənarında 1.4 sarı xəttin olduğunu və buna görə də cərimənin qanuni olduğunu bildirib.

 

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinin IV hissəsinin 10-cu bəndi, 69-cu maddənin VI hissəsinin 4-cü bəndi və 64-cü maddənin VIII hissəsinin 3-cü bəndində qeyd olunub ki, yolun kənarına çəkilən 1.4 sarı xətt 3.27 nişanı olmadığı halda heç bir hüquqi qüvvəsi yoxdur.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man