Bakıda lizinq şirkətinin maşını təhlükə yaratdı - 90 AZ 177 - VİDEO

Nəqliyyat TV 13 Sentyabr 2021 | 10:34
OXUNUB: 4758

Bakıda qaydaları kobud şəkildə pozaraq təhlükə yaradan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, seenytabr ayının 12-i,  saat 16:10 radələrində paytaxtın Şövkət Məmmədova küçəsində (7-ci MKR istiqaməti), Bravo marketin qarşısısında (köhnə Oazis restoranı) 90 AZ 177 dövlət nömrə nişanlı, "Toyota Corolla" markalı avtomobilin sürücüsü qəfil əyləci basaraq qadağan olunmuş yerdə sola dönmə edib. Eyni zamanda qoşa xəttin tələblərini kobud şəkildə pozub və arxadan gələn axtomobillər üçün real təhlükə yaradıb. 

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtomobil "Az Leasing" MMC-yə məxsusdur. 

Qeyd edək ki, “Az Leasing” MMC 27 iyul 2020-ci ildə  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cavad Xan küçəsi, ev 4, mənzil 185, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Vüsal Aydın oğlu Paşayevdir.


Nərminə

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man