Binəqədi rayonu ərazisində DSK yolu kimi tanınan yerdə sürücülər problemlə üzləşib. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Sürücülər qeyd edir ki, Daş bazarı kimi tanınan ərazidə əvvəllər yolayrıcından sola dönmə mümkün idi. Hazırda isə bunu ləğv ediblər və 100 metr irəlidə geriyə dönmə üçün yer qoyulub. Lakin burada da yol dar olduğu və qarşı tərəfdən intensiv axın olduğuna görə dönmək mümkün olmur. Yaxud da tez-tez qəzalar baş verir. Eyni zamanda ərazidə tıxac yaranır. Sürücülər qeyd edir ki, işıqfora əlavə seksiya qoymaqla bu problem həllini tapa bilərdi. Videonu təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man