Bakıda qaydaları kobud şəkildə pozan sürücünün görüntüləri redaksiyamıza göndərilib. Avtosfer.az xəbər verir ki, xanım təlimçi sürücülük öyrənən şəxsə qaydaları izah edir. Bu zaman 99 GP 349 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşının önünə çıxır.
Təlimçi səbrlə tələbəyə həmin maşının yol verməli olduğunu deyir. Ardınca isə önünə kəsən sürücüyə siqnal verməklə yoldan çəkilməsini və təhlükə yaratması barədə xəbərdarlıq edir.
Amma digər sürücü bundan sanki qəzəblənərək sağ-sol hərəkətləri edir və yolda təhlükə yaradır. Videonu təqdim edirik:
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man