Sosial şəbəkələrdə yayılan video izləyənlərin marağına səbəb olub. Avtosfer.az xəbər verir ki, videonu çəkən şəxs işıq sayğacının qutusunun içində radar olduğunu idda edir. Maştağa qəsəbəsinə gedən yolda çəkilən görüntülərdə həqiqətən də sayğacın içində radar və ya kameraya bənzəyən cihaz var.
Bakı şəhər Dövlət Yol polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bldirib ki, məsələ yol polisi tərəfindən araşdırılıb. Məlum olub ki, bu vətəndaş tərəfindən öz evi üçün qoyulmuş müşahidə kamerasıdır. "Sadəcə olaraq vətəndaş kameranı yağışdan qorumaq məqsədilə işıq sayğacının içinə yerləşdirib. Əlavə olaraq onu da bildirmək istəyirəm ki, Daxili İşlər Nazirliyinə aid radar və kameralar görünən yerlərdə quraşdırılır və müvafiq yol nişanı ilə təhciz edilir."
Qeyd edək ki, artıq ev sahibi vətəndaşlarda çaşğınlıq yaradan kameranı həmin yerdən götürüb və müvafiq olaraq digər istiqamətdə quraşdırıb.
Video və fotoları təqim edirik:
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man