Paytaxtın Bakıxanov qəsəbəsində nəqliyyat axınına qarşı hərəkət edən sürücü cərimələnib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, 10-CJ-244 qeydiyyat nişanlı "VAZ-21011" markalı avtomobilin sürücüsü Əlisəfa Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 330.2-ci maddələrinin tələblərinə uyğun olaraq cərimə tətbiq olunub.
Qeyd edək ki, sürücü birtərəfli yolun əksi istiqamətinə hərəkət edərək keçiddən keçən piyadalara təhlükə yaradıb. Onun gəldiyi istiqamətdə kəsişən yolun birtərəfli olmasını bildirən məlumatverici nişan var, lakin buna baxmayaraq o, həm avtomobillərə təhlükə yaradıb, həm də keçidi keçən qadının həyatını təhlükə altında qoyub.
Avtomobil tərəfindən vurulacağını görən piyada dayanaraq onun keçməsini gözləyib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man