Hava limanı yolunda ən sağ zolaqdan birbaşa sol zolağa keçib təhlükə yaradan 10-MC-999 nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü yol polisi tərəfindən cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bildirib ki, sürücü Arzu Nuriyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq cərimə tətbiq olunub.
Qeyd edək ki, sürücü qaydaları heçə sayaraq bir avtomobil dolusu ailənin həyatını təhlükəyə atıb. Belə ki, hava limanı yolunda ən sağ zolaqda hərəkətdə olan sürücü bir anda dönməyə qərar verib və döngəni ötüb keçməsinə baxmayaraq birbaşa sağdan manevr edərək sola keçməyə çalışıb. Bu zaman o, hadisəni lentə alan avtomobilin önünə çıxıb. 4 zolağı birdən keçməyə çalışan məsuliyyətsiz sürücü qarşısına çıxdığı avtombildəki bütün ailənin həyatını riskə atıb.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man