Paytaxtın Heydər Əliyev prsopektində xanım sürücü yolu keçməyə çalışan yeniyetmə oğlanı vurub. Avtosfer.az bildirir ki, “Hyundai Elantra” markalı avtomobili idarə edən xanım sürücü yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə çalışan yeniyetməni vuraraq yolun kənarına tullayıb. Yeniyetmə aldığı xəsarətlərin ağırlığından yerindəcə dünyasını dəyişib. Qəza Şəfa stadionun qarşısında baş verib. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib.
Qeyd edək ki, hadisənin baş veridiyi yerin yaxılığında yerüstü piyada keçidi var. Lakin təəssüflər olsun ki, piyadalar yolu qısa etmək üçün bu keçiddən istifadə etməyərək həm özlərini, həm də sürücülərin həyatını riskə atır. Onu da vurğulayaq ki, bu yolda sürət həddi 90 km/saatdır. Lakin qəzanı törədən sürücünün sürət həddini aşdığı ehtimal edilir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man