Avqustun 8-də 90 RH 966 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin sürücüsü Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə edilib. Sürücü bu barədə Avtosfer.az-a müraciət edərək bildirib ki, ona BNA-dan İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə cərimə gəlib. “Ancaq orada dayanmaq və ya durmaq qadağandır nişanları quraşdırılmayıb. Dayandığım yer ictimai nəqliyyatın zolağı olub. Lakin şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyi üçün avtomobili sağa çəkib 2-3 dəqiqə telefonla danışdıqdan sonra yoluma davam etmişəm. Nəticədə 20 manat cərimə gəlib. BNA-ın bu cəriməsi qanuna uyğundurmu?”.
Vətəndaşın sualına cavab olaraq bildiririk ki, birincisi, xüsusi texniki vasitələrlə dayanma-durmaya görə cərimə yazmaq qanunda nəzərdə tutulmayıb. İkincisi, nişan olmayan yerdə qayda pozuntusu aşkar edilməsi qanunsuzdur və bununla bağlı BNA-ya rəsmi müraciət etmək lazımdır.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man