Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən qaçaraq keçməyə çalışan qadını maşın vurub. Avtosfer.az bildirir ki, hadisə Ukraynanın Dnepr əyalətində baş verib. Sürücü anidən qarşısına çıxan qadını görmədiyi üçün onu vuraraq yolun ortasına tullayıb. Qəza nəticəsində qadın kəllə-beyin travması alaraq xəstaxanaya yerləşdirilib.
Bir daha xatırladaq ki, insanlar piyada zolağında hərəkətdə olarkən belə yolu qaçaraq keçməməlidir. Çünki qaçan piyada hər zaman sürücünü çaşdırır. Sürücü qarşısına çıxan hər bir maneəni əvvəl görür, sonra dərk edir, sonra isə fəaliyyətə keçir. Qaçan piyada isə bunların heç biri üçün sürücüyə fürsət vermir. Ona görə də belə hadisələr çox zaman faciə ilə nəticələnir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man