«200 minlik avtomobili olan 2 min manat cərimə ödəsəbir də qayda pozmaz» - Ramin Hacıyev - VİDEO

Nəqliyyat TV 30 İyul 2021 | 12:00
OXUNUB: 4947


Bu həftə Avtosfer.az-la Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin birgə layihəsi olan «Qaydalar hamı üçündür»ün qonağı aktyor, rejissor Ramin Hacıyev oldu. Hər kəsin daha çox “Məhəbbət” obrazı ilə tanıyıb sevdiyi aktyor yollar barəsində çox həssasdır. 
«Qaydalara mütləq şəkildə əməl edirəm, demək olar ki, 90 faiz qaydaları əzbər bilirəm». 
Ramin Haciyev çəkiliş boyunca bir çox mövzulara toxundu ki, bu gün həmin məsələlər əksər sürücünü narahat edir. Ən çox da sağa-sola dönərkən işıqlarını yandırmayan sürücülər onu çox əsəbləşdirir: «Elə əsəbləşirəm, istəyirəm, gedib saxlayam soruşam ki, bax, niyə yandırmısan bu işıqları». 
Problemlərlə yanaşı artıq yoluna düşən bəzi yaxşı vərdişləri də misal çəkən aktyor düşünür ki, buna səbəb cərimələrin tətbiqinin ciddələşməsi oldu: «40 manatlıq cərimələr vadar etdi ki, sürücülər kəmərə alışsın, piyadalar da həmçinin, yavaş-yavaş yolu necə keçmək lazım olduğunu öyrənirlər».
Ramin Hacıyev sükan arxasında aktyorluğunu unudub sadəcə bir sürücü olaraq elə məqamlara toxundu ki, bu gün bu fikirlər birmənalı qarşılanmaya bilər. Cərimələrin avtomobilin qiymətinə uyğun tətbiq olunması fikrini irəli sürən aktyor bununla qayda pozanlar arasında tərəzinin tarazlaşacağına inanır: «200 minlik avtomobili olan sürücü qırmızı işıqdan keçib 2000 manat cərimə ödəsə onda bir də bunu etməz». 
Yüksək sürət səbəbindən ailəsi ilə birgə qəzaya düşdükdən sonra bir daha sürətli avtomobil idarə etməyən aktyor digərlərinə də xatırladır ki, sürət mütləq can alır. Tanınmışlığının qüruru ilə birgə yolda qayda pozarkən utancını da yaşadığından o, çalışır ki, hər zaman qaydalara əməl etsin. 
Ümumilikdə Ramin Hacıyev hesab edir ki, bu gün yoldakı vəziyyətin belə olmasına səbəb sürücülərin mədəniyyətsizliyidir. Sonda elə sürücülərə mədəniyyətli olmağı arzulayan aktyor hər kəsdən qaydala əməl etməsini istəyib. 
Buyurun izləyin.

Aysel

 

 

 

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man