"Xəstəm var, tələsirdim" deyən moped sürücüsü həbs edildi - VİDEO

Nəqliyyat TV 28 İyul 2021 | 16:45
OXUNUB: 17036

Dünən Zərifə Əliyeva küçəsində, Neftçilər prospektində moped idarə edərkən dəbilqədən istifadə etməyən sürücü iki yol polisi əməkdaşının saxla işarəsinə tabe olmayıb. Dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qaçmağa çalışan sürücünü yol polisi əməkdaşları Kukla teatrının yanında saxlayıblar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücü təhlükəli manevrlər edib polisin qanuni tələblərinə əməl etmədiyi üçün barəsində toplanmış materiallar Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə göndərilib. Araşdırma zamanı məlum olub ki, 22 yaşlı Elnur Məlikzadə şirkətlərin birində kuryer işləyir və özü Avtosfer.az-ın əməkdaşı ilə söhbətində etiraf edib ki, yeddi ildir moped idarə etsə də, dəbilqədən istifadə etmir. O, səbəb kimi ürəyi sıxıldığını bildirib.

Qeyd edək ki, Elnur Məlikzadənin iyul ayının 22-sində paytaxtın Neftçilər propektində "Mercedes" markalı avtomobillə toqquşaraq qəza törətdikdən sonra hadisə yerindən qaçaraq yayındığı da yol polisi tərəfindən aşkar edilib.

Bundan əlavə sürücü barəsində polisə ünvanlanan çoxsaylı şikayətlər və toplanmış materiallar Səbail rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Elnur Məlikzadə 20 gün müddətinə  inzibati qaydada həbs olunub.

 

Təbriz

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man