Yolayrıcında nişan yoxa çıxdı; ağır qəza baş verdi – Günah kimdədir? - REAL VİDEO

Nəqliyyat TV 28 İyul 2021 | 15:17
OXUNUB: 4349

Zaqatala şəhərində qəzaya düşən sürücü günahsız olduğunu iddia etsə də, onun barəsində protokol tərtib olunub.  Avtosfer.az-a şikayətini bildirən Zaqatala şəhər sakini Vüsal Kərimov bildirir ki, idarə etdiyi “Renault Megane” markalı avtomobillə iyulun 19-u şəhərin Nizami küçəsində baş yolla hərəkətdə olarkən, ikinci dərəcəli yoldan yüksək sürətlə yolayrıcına daxil olan “Mercedes” markalı avtomobil onunla toqquşub: “Mercedes”in sürücüsü iddia edir ki,onun gəldiyi istiqamətdə yol verməyi bildirən nişan yoxdur. Əvvəllər o yolda stop nişanı olub, lakin kimsə həmin nişanı oradan götürüb. Qeyd edim ki, “Mercedes”in gəldiyi küçənin əks tərəfində stop nişanı var. Necə ola bilər ki, baş yolla kəsişən ikinci dərəcəli yolun bir tərəfində stop nişanı olur, əks tərəfində olmur? Buna hərəkətin təşkili ilə məşğul olan şəxslər nəzarət etməlidir ki, belə qəzalar baş verməsin”- deyə sürücü bildirib.

Əgər məlum olsa ki, qəza hərəkətin təşkilindəki səhvə görə baş verib, bu zaman hər iki sürücü yol təsərrüatına nəzarət edən dövlət qurumunu məhkəməyə verərək dəymiş maddi ziyanın əvəzini tələb edə bilər.

Ümid edirik Dövlət Yol Polisi İdarəsi məsələyə münasibət bildirərək günahın kimdə olduğunu müəyyən edəcək.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man