Bakıda sürücünün etdiyi səhv hərəkət ağır qəza ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin biri ilə hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı edib. O, qarşıdan gələn avtomobillə toqquşacağını görən anda çıxış yolu kimi sola manevr etməyi seçib, lakin qəza qaçılmaz olub.
Qarşıdan gələn digər "VAZ" markalı avtomobillə üz-üzə toqquşaraq ağır qəzaya səbəb olub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib.
Qayda pozan sürücülər hər zaman düşünür ki, onlar heç vaxt qəzaya düşməyəcək. Qeyd edək ki, ölkə ərazisində baş verən bütün qəzaların səbəbkarı məhz arxayınlıq hissi ilə hərəkət edib qayda pozan sürücülərdir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man