Azərbaycana gətirilən "Toyota Prius"larGürcüstanda belə yığılır- ŞOK VİDEO

Nəqliyyat TV 14 İyun 2021 | 13:13
OXUNUB: 25622

Gürcüstandan Azərbaycana gətirilən avtomobillərin qəzalı vəziyyətdə olduğunu aşkara çıxaran video sosial şəbəkədə yayılıb. Avtosfer.az bildirir ki, Gürcüstanda avtomobil təmiri məntəqələrindən birində çalışan əslən azərbaycanlı olan bir işçi bura gətirilən “Toyota Prius”un görüntülərini çəkərək sosial şəbəkələrdə yayıb. Videodan da aydın olur ki, yığılan avtomobilin ön və arxa hissəsi ayrı-ayrı maşınlara aiddir. Məlumdur ki, maşın alverçiləri ağır qəzadan çıxan bu maşını təmirdən sonra ölkəmizə gətirib satacaq. 
Bu faktlar dəfələrlə üzə çıxarılıb ki, xarici ölkədən, xüsusən də Gürcüstandan Azərbaycana gətirilən maşınların böyük əksəriyyəti qəzalı, suya batmış və ya başqa cürə xəsarət almış maşınlar olur. Buna baxmayaraq hələ də bu cür avtomobillərə təlabat artmağa davam edir.
Sürücülərə məsləhət görülür ki, aldanmamaq üçün avtomobil alarkən mütləq mütəxəssisə göstərsinlər.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində ekologiyanı qorumaq məqsədi ilə hibrid tipli avtomobillərə xüsusi güzəştlər edilir ki, daha çox insan onlara sahib ola bilsin. Ölkəmizdə də bu cür güzəştlər tətbiq edilsə, guman edirik ki, alıcılar xaricidən gələn qəzalı avtomobillərə möhtac qalmaz.  

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man