Bakıda sürücüyə qarşı qəribə xuliqanlıq hadisəsi törədildi - VİDEO

Nəqliyyat TV 11 İyun 2021 | 19:35
OXUNUB: 1289

Bakının Sabunçu rayonunda qeyri-adi xuliqanlıq baş verib. Avtosfer.az xəbər verir ki, dünən günorta saatlarında Yeni Ramana qəsəbəsi ərazisində gənc xanım qonşuluqda park edilən avtomobili dəmir parçası ilə cızıb. Bu barədə avtomobilin sürücüsü Taleh Məhərrəm oğlu Seyfullazadə şikayətində bildirib. O bildirib ki, qohumunun evinə qonaq gedib. "Qohumumuza qonaq getmişdim. Həmin gün idarə etdiyim "Toyota" markalı, 99 PL 314 dövlət nömrə nişanlı avtomobili qohumumuzun qapısının qarşısında saxlamışdım.

Qohumumun qonşusu, gənc qadın çıxıb və maşınımı cızmağa başlayıb. Hadisənin görüntüsü ərazidə quraşdırılan müşahidə kamerasına düşüb", - deyə Taleh Seyfullazadə bildirib.

O əlavə edib ki, bu hadisədən sonra ona min manatdan çox zərər dəyib.

O, bu barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edib.

Bölmədən baku.ws-ə bildirdilər ki, məsələ ilə bağlı izahatlar alınıb və araşdırma aparılır.

Qeyd edək ki, hadisə zamanı zərər çəkən Taleh Seyfullazadə Vətən Müharibəsi iştirakçısı olub və qəhrəmanlığına görə fəxri fərmana layiq görülüb.

Avtomobili cızan şəxs isə Aygün Qocayeva adlı xanımdır və onun orta məktəbdə müəllim işlədiyi bildirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man