Yuxulayan sürücünü oyatmayıb video çəkən sərnişin qəzaya səbəb oldu - VİDEO

Nəqliyyat TV 04 İyun 2021 | 14:00
OXUNUB: 2267

Azərbaycanda baş verən qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb və marağa səbəb olub. 
Avtosfer.az xəbər verir ki, rayonların birində yolda hərəkətdə olan zaman sürücü sükan arxasında yuxulayıb. Nəticədə o, yoldan çıxaraq qarşıdan gələn avtomobilə çırpılıb. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəysə də ölən olmayıb. 
Sosial şəbəkələrdə yayılan bu videoda daha çox qınaq obyektinə çevrilən isə sürücü yox arxa oturacaqdan yolu çəkən sərnişin olub. “Sürücü yuxulayır sərnişin isə onu oyatmaqdansa çəkiliş edir” deyənlər fikirlərində heç də haqsız deyillər.  
Əsasən də uzaq yol gedən zaman avtomobildəki sərnişinlər həm öz canlarına, həm də maşında olan digər sərnişinlərin təhlükəsizliyinə görə sürücüdən diqqətini yayındırmamalıdır. Çünki yuxulayan sürücü özü ilə birgə maşındakıların hamısını ölümə sürükləyir. Hətta bəzən uzun yolda sürücünün gözü açıq olsa belə şüuru qapana bilir. 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man