Nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu; 6 maşın əzildi - FOTO-VİDEO

Nəqliyyat TV 31 May 2021 | 12:07
OXUNUB: 1008

Dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda – Ekologiya postunun yaxınlığında zəncirvari yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, “Mercedes” markalı, 99 UY 335 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət hissəsində dayanıb. Bu zaman arxadan gələn “Nissan” markalı, 90 OS 731 dövlət nömrə nişanlı avtomobil “Mecedes”ə çırpılıb. Bunun ardınca “VAZ”, “Ford”, “Mitsubishi” və “Kia” markalı avtomobillər də onlara çırpılaraq zəncirvari qəzaya düşüblər. Hadisə zamanı ölən və yaralanan olmasa da, avtomobillərə maddi ziyan dəyib.

Hadisənin bir avtomobildəki texniki nasazlıq ucbatından yolun hərəkət hissəsində məcburi dayanma ucbatından baş verib-vermədiyi araşdırılır. Hər halda, “Mercedes”in sürücüsü ilkin ifadələrində belə deyib. Hər bir halda bu məsələ barədə ciddi araşdırmaya ehtiyac var.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Avtosfer.az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Sürücülər yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamalıdır. Eyni zamanda nəzərə almalıdırlar ki, nasazlıq baş verdikdə belə avtomobili yolun hərəkət hissəsindən mümkün qədər tez kənarlaşdırmaq lazımdır. Əks halda ağır qəzalar qaçılmaz olur. Bir nəfərin məsuliyyətsizliyi, avtomobilin texniki sazlığına əməl etməməsi digər 5 sürücünün bir neçə gün avtomobilsiz qalmasına, onlara maddi zərər vurulmasına gətirib çıxardı".

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man