Bakıda parklanma ilə məşğul olan şəxsin hərəkətlərini oxuculardan biri videoya çəkib. Avtosfer.az xəbər verir ki, paytaxtın Səməd Vurğun küçəsində qanunsuz xidmət aparan həmin şəxs dayanma-durma qadağan olan yerdə avtomobillərin parklanmasına şərait yaradaraq onlardan xidmət haqqı alır. Avtomobillərin park olunduğu yerdə dayanma-durma qadağan edildiyi üçün parklanmaya nəzarət edən şəxs qeydiyyat nişanlarının üzərini örtüklə bağlayır. Bu səbəbdən Bakı Nəqliyyat Agentliyi həmin sürücülərə kamera vasitəsilə cərimə yazmaqda çətinlik çəkir.
Ümid edirik ki, hüquq-mühafizə orqanları həm qanunsuz xidmət aparan, həm də qanunsuz əməli ilə dövlət qurumunun işinə mane olan şəxs barəsində ciddi tədbir görəcək.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man