Bakıda daha bir qoçuluq edən sürücünün hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, mayın 17-i paytaxtın Zabrat yolunun Şəhər şossesində hərəkət edən 99-VU-867 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü tormoz verən zaman arxa işıq cihazlarının heç biri işləməyib. Arxadan görüntünü qeydə alan sürücü işıq siqnalı ilə ona xəbərdarlıq edərək yanından keçib. Bundan əsəbiləşən “Opel” markalı avtomobilin sürücüsü onun arxasınca gedərək Qara Qarayev prospektində mübahisə etməyə başlayıb və bununla yanaşı haqsız olduğu durumda özünü haqlı çıxararaq nalayiq söyüşlər söyüb. Görüntünü qeydə alan sürücü mübahisənin genişlənməməsi üçün yoluna davam etməyə qərar verib.
Bununla kifayətlənməyən “Opel”in sürücüsü yolda tıxac yarandığını görüb avtomobildən düşərək yenidən mübahisə etməyə başlayıb. Bu zaman o, əlini şüşədən içəri salaraq sürücüyə yumruq vurub və avtomobildə olan azyaşlı uşaqların yanında onun ünvanına nalayiq söyüşlər söyərək şərəf və ləyaqətini alçaldıb.
Sözgedən videogörüntünü təqdim edirik:
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man