Bakının Nizami rayonunda, Neftçilər metrosundan Bakixanova geden yolda “Daewoo Nexia” markalı avtomobil alışaraq yanıb. Avtosfer.az xəbər verir ki, yanğın avtomibil hərəkətdə olan zaman başlayıb. Hadisə yerinə yanğın söndürənlər gəlsə də, avtomobili söndürmək asan olmayıb. Nəticədə “Daewoo Nexia” tamamən yanaraq yararsız hala düşüb. Yanğının baş vermə səbəbi hələ məlum deyil.
Qeyd edək ki, bu halların baş verməsində sürücülərin də rolu az deyil. Bəzi sürücülər ya avtomobilin texniki qulluğunu düzgün yerinə yetirmir və ya işıq cihazlarında dəyişikliklər edir. Eelektrik sisteminin düzgün tənzimlənməməsi də yanğına səbəb ola bilir. Belə ki, Amerikadan və Yaponiyadan gətirilən bəzi suya batmış avtomobillər hər nə qədər təmir olunsa da, elektrik sistemlərindəki problemləri aradan qaldırmaq mümükün olmur. Belə avtomibllərin alışıb yanması hallarına tez-tez rast gəlinir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man