Xəbər verdiyimiz kimi aprelin 26-ı paytaxtın Xaqani küçəsində hərəkət edən 90-XV-808 qeydiyyat nişanlı “Lexus” markalı avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən yayınmağa çalışıb. Görüntünü qeydə alan sürücü onun yanına çatıb irad bildirdikdə, həmin sürücü tələsdiyini bildirərək nalayiq ifadələrə yol verib. Bundan sonra o, avtomobildən düşüb görüntünü qeydə alan sürücünün boğazından tutaraq mübahisənin genişlənməsinə şərait yaradıb.
Videomaterial Avtosfer.az saytında dərc edildikdən sonra Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb.
Qəza törədib hadisə yerindən yayındığına görə sürücü müəyyən edilərək Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub, idarə etdiyi avtomobil isə mühafizə olunan duracağa yerləşdirilib.
Sürücü Bayramov Elşən Bayram oğlu ifadəsində bildirib ki, mən həmin sürücünü təhqir etməmişəm. Əgər təhqir etdiyimi düşünürsə üzr istəyirəm.
Qeyd edək ki, həmin faktla bağlı araşdırma davam etdirilir. Nəticəsi barədə əlavə məlumat veriləcək.
Sürücünün videomüsahibəsini təqdim edirik:
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man