Dünən Bakıda baş verən hadisəyə Daxili İşlər Nazirliyi dərhal reaksiya verib. Nəsimi rayon 22-ci Polis Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə hər iki sürücü dəvət olunaraq izahatları alınıb və faktla bağlı araşdırmaya başlanılıb.
Qeyd edək ki, sürücünün qəza törədib hadisə yerindən yayınmasına görə Dövlət Yol Polisi İdarəsi də hərəkətə keçib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücü qəza törədib hadisə yerindən yayındığına görə müəyyən edilib və saxlanılaraq idarəyə dəvət olunub. Sürücü barəsində qanunamüvafiq qaydada tədbir görüləcək.
Məsələyə dərhal reaksiya verilib nəzarətə götürüldüyünə görə zərərçəkmiş sürücü Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man