Motor.ru-nun məlumatına görə, Florida ştatında baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.
Kadrlardan görünür ki, sürücü təqibdən qaçmayıb və ilk baxışdan qanunu pozmaq üçün onun heç bir əsası olmayıb. Ehtimal edilir ki, o, yol-nəqliyyat qaydalarını kobud şəkildə pozmaqla Hollivud blokbasterləri stilində tullanış həyata keçirmək istəyib.
Polis artıq qayda pozucusunu tapıb. Sürücünün düşüncəsiz hərəkətinə görə zərərçəkən olmasa da, onu külli miqdarda cərimə gözləyir, həmçinin giriş və çıxışdakı qırılan şlaqbaumların pulunu ödəməli olacaq.
O da bildirilir ki, ekstrim həvəskarının avtomobilinə də ciddi ziyan dəyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man