Azərbaycanlı gənc uçan pilotsuz təyyarə hazırlayaraq yeniliyə imza atıb. Avtosfer.az xəbər verir ki, bu işi görən Nəriman Sultanovdur. Özünün dediyinə görə, Milli Aviasiya Akademiyasında 2009-2013-cü illərdə bakalavr, 2017-2019-cu illərdə isə magistr təhsili alıb. 15 ildir aviamodelizmlə məşğul olur. 2016-cı ildə Antalyada JET festivalında özünün hazırladığı təyyarə modeli ilə iştirak edib: “Pandemiya ilə əlaqədar karantin zamanı ev şəraitində pultla idarə olunan uçan təyyarə modeli hazırlamışam. Təyyarənin hazırlanması üçün 1 il vaxt sərf olunub. Aprelin 4-də isə nəticə olaraq onu pultla idarə edərək səmaya müvəffəqiyyətlə qaldırmışam. Bu modeli pilotsuz uçan təyyarə kimi də istifadə etmək olar”.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man