Qəzaya düşən maşın parça-parça oldu; 3 nəfər öldü - VİDEO

Nəqliyyat TV 11 Aprel 2021 | 19:41
OXUNUB: 5015

Türkiyənin Manisa vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, hadisə Ahmetli rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, 39 yaşlı Əhməd Doğan Sarıkayanın idarə etdiyi 41 NH 802 dövlət qeydiyyat nömrə nişanlı minik maşını, qəfildən idarəetmədən çıxaraq aşıb. Bir neçə dəfə çevrilən avtomobil əvvəlcə yağış suları üçün nəzrədə tutlmuş su kanalına düşüb, daha sonra isə üzüm bağına girib.

Zərbənin şiddətindən nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Qəza nəticəsində sürücü, Nuri Palabıyık (39) və Oya Palabıyık (36) dünyasını dəyişib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunub.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man