Daxili İşlər Nazirliyi Avtosfer.az">Avtosfer.az saytında "Azərbaycanda öz maşınını yandıran sürücülər peyda olub" başlıqla dərc edilmiş materialı dərhal nəzarətə götürüb. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin avtomobilin sahibi Cəlilabad rayonu Uzuntəpə kənd sakini 23 yaşlı Həmid Mehdiyevdir. Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü izahatında törətdiyi əməli səmimi şəkildə etiraf edib və dərin peşmançılıq hissi keçirdiyini bildirib. Lakin, onu da qeyd etmək lazımdır ki, saxlanılan zaman polis əməkdaşlarına qarşı müqavimət göstərib. Eyni zamanda onun törətdiyi əməl ətraf mühitə zərər vurur və əhali arasında təşviş yaradır. Araşdırmalar zamanı o da məlum olub ki, Həmid Mehdiyev idarə etdiyi avtomobil ilə avtoxuliqanlıq hərəkətlərinə də yol verib. Bütün bunları nəzərə alaraq, Cəlilabad rayon Polis şöbəsində toplanılmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Cəlilabad rayon məhkəməsinin qərarı ilə Həmid Mehdiyev 10 gün inzibati qaydada həbs cəzası ilə cəzalandırılıb.
Daxili İşlər Nazirliyi bu cür əməllər törədən sürücülərə bir daha xəbərdarlıq edir ki, bu əməllərdən çəkinsinlər və belə əməllər törətdikdə qanunamüvafiq qaydada cəzalandırılacaqlar.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man