“Vətəndaş açıq-aydın şəkildə özünü bilərəkdən avtomobilin önünə atmaqla hadisəni piyadanın vurulması kimi göstərməyə çalışır. Polis əməkdaşı olaraq videogörüntüləri təəccüb içərisində izlədim”.
Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, sözsüz ki, sürücü həmin şəxsi tibbi müayinədən keçməsi üçün dəvət edəcəkdir:
“Bu çox təəssüf doğuran ssenaridir. Hadisənin nə zaman və dəqiq olaraq hansı istiqamətdə baş verdiyi barədə hələ məlumat yoxdur. Lakin məsələ mütləq şəkildə araşdırılacaq və mövzuya hüquqi qiymət verilməsinə çalışılacaq. Bilərəkdən yalan ifadə, yalan izahat məsələsi ortaya qoyularsa belə, bütün bunlar araşdırma zamanı öz həllini tapacaqdır.
Hadisəyə ilkin araşdırma rayon üzrə polis idarələrində olur. Hadisəyə müstəntiqlər hüquqi qiymət verəcəkdir. Hesab edirəm ki, burada sürücü yox, piyada qanunvericiliyə müvafiq olaraq layiqli cəzasını alacaqdır”.
18:00
Bakıda qadın və onun dəstəsinin sürücülərə qarşı etdiyi fırıldaqçılıq hərəkətləri anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, orta yaşlı qadın qəfildən yola çıxaraq qarşıdan gələn avtomobillərin qarşısını kəsir və avtomobilin dayandığına əmin olduqdan sonra yerə yıxılır. Daha sonra həmin qadının dəstəsi səs-küy salaraq onun başına yığışır. Kənardan da elə başa düşülür ki, sanki sürücü həqiqətən də piyadanı vurub.
Sürücülərdən diqqətli olmalarını, bu cür hallarda günahsız olduqlarını sübut etmək üçün avtomobillərinə videoqeydiyyatçının yerləşdirilməsini tövsiyə edirik. Ümid edirik hüquq mühafizə orqanları həmin şəxs və onun dəstəsinin tapılması istiqamətində tədbirlər görəcək.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man