Paytaxtın Ziya Bünyadov prospektində manevr qaydasını kobud şəkildə pozaraq kəsişmə yerində quraşdırılmış konusların üzərindən keçən sürücü saxlanıldı. O, etdiyi hərəkəti videoya çəkərək sosial şəbəkədə paylaşmışdı. Həmin qayda pozuntusunu Avtosfer.az saytında dərc etdikdən sonra Dövlət Yol Polisi İdarəsi sürücünün tapılması istiqamətində dərhal araşdırmaya başlayıb. Nəticədə məlum olub ki, xətanı törədən İbrahim Baxşıyev adlı sürücüdür. O, bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunub. Onun barəsində aparılan araşdırmalar nəticəsi ilə tanış olan sürücü əməlindən peşman olduğunu bildirib. Etdiyi əmələ görə barəsində müvafiq qaydada tədbir görülür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, "sosial şəbəkələr vasitəsilə "qardaşlar görün kim belə edə bilər, bura baxın" başlıqlı yayılan süjetlə əlaqəli bildiririk ki, həmin nəqliyyat vasitəsi tərəfimizdən aşkarlandı. Məlum oldu ki, "Saipa" markalı 99-TS-768 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən 1985-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş Baxşıyev İbrahim Məhərrəm oğlu 13 mart tarixində Ziya Bünyadov prospekti ilə hərəkət edərkən 13:45 radələrində "Çermet" körpüsünün kəşisən hissəsində bu hərəkəti etmişdir. Təbii ki, sürücü etdiyi əməli səmimi etiraf edib və söz yox ki, alınmış izahatdan sonra onun barəsində qanunvericilikdə göstərilən tələblər üzrə müvafiq tədbirlər həyata keçirilmişdir".
Vaqif Əsədov qeyd edir ki, sürücü barəsində toplanılmış sənədlər aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib. Bu gün keçirilən məhkəmə iclası zamanı sürücü İbrahim Baxşıyev törətdiyi əmələ görə 10 gün müddətinə inzibati qaydada həbs edilib. Onun törətdiyi əməl nəticəsində dövlət əmlakına qəsdən vurulmuş ziyanla bağlı aiddiyyəti qurum məhkəmə qarşısında ayrıca vəsatət qaldıracaq.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man