Bakıda şəhid atasının maşını belə oğurlandı - FOTO

Nəqliyyat TV 14 Fevral 2021 | 01:55
OXUNUB: 6272

Bakıda naməlum şəxs tərəfindən avtomobil qaçırılıb. 90-OV-174 qeydiyyat nişanlı "Vaz 2107" markalı avtomobilin sahibi Mübariz Mövsümovun oğlu Nurlan Mövsümov Avtosfer.az-a açıqlamasında bildirib ki, tanımadığı şəxslərdən biri onların avtomibilini qaçırıb.
"Atam maşını "Kontak Home"-un qarşısında saxlamışdı və hamımız mağazada idik. Mən atamdan açarı alıb maşında oturmağa getdim. Bu zaman tanımadığım şəxs avtomobilin sükanı arxasına əyləşərək belinin ağrıdığını və dincəlib gedəcəyini bildirdi. Lakin sonradan mühərriki işə salaraq avtomobili qaçırmağa çalışdı. Mən əl əyləcini çəkib mühərriki söndürdüm və ona mane olmağa başladım. Bununla yanaşı qapını açıb qışqıraraq kömək istədim. Bu zaman o cibindən bıçaq çıxarıb məni vuracağını bildirdi. Mən özümü qorumaq üçün həmin an maşından bayıra atıldım. Həmin şəxs maşını sürərək oradan uzaqlaşdı".

Nurlan Mövsümov bildirir ki, avtomobilin qaçırılması ilə bağlı dərhal 102 xidmətinə zəng edərək polis bölməsinə rəsmi ərizə ilə müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, avtomobil sonuncu dəfə Bakıxanov qəsəbəsində kameralara düşüb.

Qeyd edək ki, avtomobili oğurlanan Mübariz Mövsümovun digər oğlu Səyyad Mövsümov Vətən müharibəsi zamanı Murovdağ istiqamətində şəhidlik zirvəsinə ucalıb.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man