Rusiyada azərbaycanlı sürücünün taksi kimi istifadə etdiyi maşını başqa bir avtomobil vurub. Hadisə həmyerlimiz işi haqqında müsahibə verən zaman baş verib. Avtosfer.az xəbər verir ki, taksini saxlayıb ona bir neçə sual verəcəyini bildirən vloggerə sürücü etiraz edir ki, kamera çəkəcək, burada saxlamaq olmaz. Daha sonra israr etdiyini görüb razılaşır, maşını yolun sağ çiynində saxlayır, qarla nömrəsinin üzərini örtür ki, kamera ilə cərimə yazılmasın.
Müsahibədən məlum olur ki, sürücü azərbaycanlıdır, adı Adil, soyadı Əliyevdir. Uzun müddətdir taksi fəaliyyəti məşğul olduğunu və suala cavab olaraq avtomobili milyon rubla aldığını bildirir. Elə həmin an qırmızı bir "Qazel" bu milyonluq avtomobili arxadan qüvvətli zərbə ilə vurur.
"Qazel" sürücüsü döngədə avtomobili görmədiyini bildirib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man