Polis maşını və avtobusa hücum: Brüsseldə etiraz - VİDEO

Nəqliyyat TV 14 Yanvar 2021 | 09:17
OXUNUB: 1076

Belçikanın paytaxtı Brüsseldə polis özbaşınalığının qurbanı olan gənc oğlana görə başlayan etirazlar iğtişaşlara gətirib çıxarıb.

Bu barədə “RTBF” telekanalı xəbər verib.

Onun məlumatına görə, 23 yaşlı İbrahim B-nin ailəsi dinc etirazlara çıxmağa çağırıb, nümayiş polis məntəqəsi ilə üzbəüz yerli vaxtla saat 15 radələrində başlayıb. 500-ə yaxın insanın iştirak etdiyi aksiya iğtişaşlara çevrilib, təhlükəsizliyi təmin etmək üçün əraziyə polis əməkdaşları cəlb edilib.

İğtişaşlar zamanı bir neçə polis avtomobili zədələnib, nümayişçilər küçələrdə talanlar törədiblər. “RTBF”nin məlumatına görə, ən azı 15 nümayişçi saxlanılıb. Aksiya yerinə ən azı üç təcili yardım maşını gəlib. (“Qafqazinfo”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man