Göyçayda baş verən dəhşətli qəzanın görüntüləri - VİDEO

Nəqliyyat TV 06 Yanvar 2021 | 15:00
OXUNUB: 8421

Göyçay rayonunda baş verən dəhşətli qəzanın videogörüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolda dayanmış “VAZ 2106” markalı avtomobilə, daha sonra isə “VAZ 21099” markalı avtomobilə dəyib. Zərbənin təsirindən hər üç avtomobil yararsız hala düşüb.

Qəzanın detallarını araşdırdıqda məlum olur ki, “BMW" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman manevr edib. Bu zaman avtomobil idarəetmədən çıxaraq qəza baş verib. Qəzada “VAZ 2106” markalı avtomobilin iştirak etməsinin səbəbi sürücünün məsuliyyətsizliyi olub. Gördüyünüz kimi yolun sağ kənarında kifayət qədər boş sahə olmasına baxmayaraq sürücü avtomobili yolun hərəkət olan hissəsində, hətta əks istiqamətdə park edib. Görünür ki, həmin sürücü “BMW” markalı avtomobil hərəkət etdiyi istiqamətdən gələrək orada dayanıb. Qaydalara görə isə o, gəldiyi istiqamətin sağ tərəfində və yaxud geriyə dönərək həmin boş sahədə dayanmalı idi.

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man