Bakıda sürücü cərimə yazılmasın deyə maraqlı üsula əl atıb. Avtosfer.az xəbər verir ki, Sahil metrosu yaxınlığında, dayanma-durma qadağandır nişanının təsir sahəsində "Kia optima" markalı avtomobilini saxlayan sürücü cərimə yazılmasın deyə nömrəsini yarpaqla gizlədib.
Bunu görən başqa bir sürücü həmin anları mobil telefonla kameraya çəkərək "xalq yaradıcılğı" başlığı ilə sosial şəbəkələrə yükləyib.
Qeyd edək ki, əvvəllər bəzi sürücülər dayanma durma qadağası nişanının olduğu yerlərdə saxlayarkən nömrə görünməsin deyə avtomobilin baqajını açıq qoyurdular.
Məlumat üçün bildirək ki, dayanma-durma qaydalarının pozulmasına görə tətbiq olunan cərimə 20 manatdır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man