Sərt karantin zamanı taksilər necə işləyəcək? - VİDEO

Nəqliyyat TV 12 Dekabr 2020 | 00:13
OXUNUB: 2415

Dekabrın 14-dən yanvarın 18-nə kimi Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İmişli rayonlarının mərkəzlərinə giriş çıxış dayandırılsa da, taksilərin fəaliyyətinə icazə veriləcək.

Avtosfer.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sözçüsü Günay Əliyeva bildirib ki, yalnız fərqlənmə nişanı olan taksi sürücüləri rayonlardan Bakıya sərnişindaşıma ilə məşğul ola biləcəklər. Burada da müəyyən şərtlər var ki, onlara əməl olunması mütləqdir.Əks halda, həmin sürücülər xüsusi stasionar postlarda dövlət yol polisinin əməkdaşları tərəfindən saxlanılacaq.

Paytaxtda sərt karantin dövründə taksi fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciətlərin sayı artıb. Agentliyin mətbuat katibi Mais Ağayev deyib ki, fərqlənmə nişanı almaq karantin vaxtı taksi fəaliyyəti göstərməyə əsas vermir.Bunun üçün sürücülər icaze.e-gov.az portalında da qeydiyyatdan keçməlidirlər.

Artıq sərt karantin rejiminə əvvəlcədən hazırlıq görənlər də var. Bəzi taksi sürücüləri indidən sənədlərini qaydasına salıb.

Qeyd edək ki, taksi şirkətləri ilə işləyən sürcülərə gəlincə, onların icazəsi həmin şirkətlər tərəfindən alınacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man