ŞOKüsulla maşın oğurlayanlar belə tutuldu - VİDEO

Nəqliyyat TV 03 Dekabr 2020 | 10:15
OXUNUB: 2650

Rusiyada avtomobil oğurluğu ilə məşğul olan dəstə aşkarlanıb.

Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verirki, Koreya və Yapon maşınlarının oğurlanması üzrə ixtisaslaşmış oğrular, elektron cihaz dəstindən istifadə ediblər. Avtomobillərə yenidən proqramlaşdırılmış elektron mühərrik idarəetmə bölmələri quraşdıraraq siqnalzasiyalı maşınları təmassız elektron düymə vasitəsilə açdıqları məlum olub.

Mütəşəkkil cinayət qrupu oğurlanmış avtomobillərə digər avtomobillərdən oğurlanmış qeydiyyat nömrələri qoymaqla polis patrullarından və yoxlanışlardan “qaça” biliblər. Oğurluq maşınlar Yekaterinburq ətrafında həyətlərdə bir neçə gün saxlanıldıqdan sonra satışa çıxarılıb.

Milli Qvardiyanın köməyi ilə mütəşəkkil cinayətkar qrupun yeddi üzvü tutularaq məsuliyyətə cəlb olunub. Məlum olub ki, dəstənin dörd üzvü artıq oxşar cinayətlərdən məhkum edilib. Axtarış zamanı avtomobil qapılarını açmaq və mühərriki işə salmaq üçün elektron avadanlıq, dövlət qeydiyyat nömrələri və digər əşyalar tapılıb.

Dəstənin 12 cinayət hadisəsi sübut olunub. Əməliyyatçılar oğurlanmış beş avtomobili müəyyənləşdirərək prosessual tədbirlərdən sonra qanuni sahiblərinə qaytarılacağını bildiriblər.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man