Sərnişinlə dolu avtobus hərəkətdə ikən sürücü qəfil ölüb. Primorsk sakini özünü itirməyərək ictimai nəqliyyatı qəzasız kənarda saxlaya bilib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
Hadisə Rusiyanın Naxodka şəhərində baş verib.
Bildirilir ki, avtobus dayanacaqda hərəkət etdikdən sonra sürücü özünü pis hiss edib, yerə yıxılıb, sonradan onun öldüyü məlum olub.
“Bu vaxt hadisə şahidi 29 yaşlı Vasiliy Bernyukov özünü itirməyib və avtobusun sükanı arxasına əyləşərək, sərnişinlərlə dolu ictimai nəqliyyatı saxlayıb”, - deyə polis idarəsindən bildirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man