Türkiyənin İzmir rayonunda pedalların yerini səhv salan xanım sürücü, avtomobillə qadının ayağını qırıb. Avtosfer.az xəbər verir ki, hadisə Çeşmə rayonunda qeydə alınıb.
Kadrlarda görülür ki, avtomobili ilə avtovağzaldan çıxmaq istəyən sürücü, səhvən əyləc yerinə qaza basır və maşının idarəetməsini itirərək öncə bir sərnişini vurur, ardınca da iki nəfərin üzərinə hərəkət edir. Həmin şəxslərdən biri sayıqlığı sayəsində qəzadan son anda xilas olsa da, avtomobil digərini vuraraq kənara atır. Maşın yalnız park edilmiş başqa bir nəqliyyat vasitəsinə çırpılaraq dayanır.
Qəza nəticəsində xəsarət alan qadın, ambulansla xəstəxanaya çatdırılır. Həkimlər yaralı üzərində apardıqları müayinə zamanı onun ayağının sındığını müəyyən ediblər.
Sürücü isə polis tərəfindən həbs edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man