Rusiyanın Bryansk şəhərində minik avtomobilinin və avtobusun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Sven qəsəbəsi ərazisində qeydə alınıb.
Məlumata görə, 36 yaşlı qadın idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən, qəfildən sükan idarəetməsini itirərək yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn 59 yaşlı sürücünü idarə etdiyi “PAZ” markalı sərnişin avtobusu ilə toqquşub. Zərbənin şiddətindən minik avtomobili deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Toyota” sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtobusu da olan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, qəzada dünyasını dəyişən qadın 6 uşaq anası imiş.
Faktla əlaqədar araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man