Azərbaycanlı fotoqraflar cəbhə bölgəsində atəş altında - VİDEO
Nəqliyyat TV06 Oktyabr 2020 | 01:20
OXUNUB: 1603
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindəki təxribatlarına cavab olaraq Azərbaycan ordusunun əks-hücum əməliyyatları ilə əlaqədar müharibə zonasına ezam olunmuş jurnalistlər zaman-zaman atəş altında da qalırlar. Belə videolardan biri sosial şəbəkələrdə yayımlanıb.
Görüntülərdə bir qrup azərbaycanlı fotoqrafın çəkiliş aparan zaman ermənilərin artilleriya atışına məruz qalması və gərgin anları əks olunub.