Yola düşən dəmir parçası qəzaya səbəb oldu; avtomobil yanıb kül oldu - VİDEO

Nəqliyyat TV 05 Oktyabr 2020 | 15:44
OXUNUB: 1174

Türkiyənin İstanbul şəhərində qəzaya uğrayan minik avtomobili yanıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 5-də səhər saatlarında Ümraniye rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Savaş Gezenin idarə etdiyi 34 LF 1541 qeydiyyat nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yoldakı dəmir parçasının üzərindən keçən zaman təkəri parlayıb və o, təhlükəsizlik zolağına keçərək nəqliyyat vasitəsini park edib. Bir müddət sonra isə eyni istiqamətdə irəliləyən Oben Özdemirin idarə etdiyi 34 GR 1999 qeydiyyat nömrə nişanlı maşın, həmin dəmir parçasının üzərindən keçərkən sükan idarəetməsini itirərək, əvvəlcə park edilmiş avtomobillə çırpılıb, daha sonra isə yoldan çıxaraq su kanalına düşüb.  

Su kanalına düşən avtomobilin içində olan Özdemir və anası Ayşe Karabulut, ətrafdakı sürücülər tərəfindən salondan çıxarılıblar. Ardınca isə minik maşını yanmağa başlayıb.

Qəza nəticəsində ana və oğul xəsarətlər alıb. Yaralılar, hadisə yerinə  cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar, yanan avtomobil isə yanğınsöndürmə bölməsi tərəfindən söndürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man