“Reuters” sosial şəbəkələrdə, yanaraq düşən vertolyotun görüntülərinin Azərbaycana məxsus olması barədə erməni yalanlarını ifşa edib. Avtosfer.az xəbər verir ki, agentlik, sözügedən vertolyotun bu ilin fevral ayında Suriyanın Nayrab şəhərində vurulduğunu bildirib.
Halbuki, Ermənistan eyni kadrları yayımlayaraq vurulan vertolyotun Azərbaycan Ordusuna məxsus olduğunu iddia edirdi.
“Reuters” isə dərc etdiyi məlumatda qeyd edib ki, yayımlanan insidentin daha dəqiq kadrlarını internetdə izləmək mümkündür.
Avtosfer.az Ermənistan hökumətinin Azərbaycana qarşı yaydığı növbəti dezinformasiyanın videosunu sizlərə təqdim edir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man