Türkiyənin İstanbul şəhərində bir qrup vətəndaş Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı hücumlara etiraz olaraq aksiyası keçirib. Avtosfer.az xəbər verir ki, Kadıköy rayonunda baş tutan aksiyada, bir qrup Türk və Azərbaycan vətəndaşı, Ermənistanın hücumlarını qınayan və ordunun yanında olduqlarını əks etdirən şüarlar səsləndiriblər.
Hər iki ölkənin İstiqlal Marşını oxuyan vətənpərvərlər, daha sonra “QARABAĞ AZƏRBAYCANINDIR” deyə ucadan qışqırıblar. Ətrafda olan sürücülər isə siqnal verərək aksiyaçılara dəstək olublar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man