Bakıda piyadavurma ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, "Asan xidmət"in qarşısında baş verib. Əsas yola qaçan piyadanı "Mercedes" markalı avtomobil vurur. Nəticədə piyada yerindəcə keçinir.
Hadisə ilə bağlı Avtosfer.az-a danışan ekspert Elməddin Muradlı bildirib ki, bu cür hadisələrə əsas səbəb piyadaların məsuliyyətsizlik etməsidir. "Günün qaranlıq saatlarında piyadaların keçid olmayan yerdən keçməsi təhlükəlidir. Konkret olaraq bu hadisə barədə danışsaq burada sürücü də ehtiyatlı olmalıdır. Çünki qeyd olunan ərazidə piyada keçidləri azdır. Odur ki, xüsusilə günün qaranlıq saatlarında sürəti azaltmaq lazımdır."
Ekspert bildirib ki, bu yolda piyadavurma hadisələri tez-tez baş verir. "Bununla bağlı dəfələrlə həyacan təbili çalınıb. Qanunvericiliklə həmin yolda hər 200-300 metrdən bir piyada keçidi olmalıdır. Amma hazırkı durumda həyatı təhlükəyə atmamaq üçün mövcud keçidlərdən istifadə etmək məqsədəuyğundur."
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man