Türkiyənin İstanbul şəhərindən toy konvoyundakılar avtomobilləri ilə yolu kəsib rəqs ediblər. Avtosfer.az xəbər verir ki, hadisə Sultanqazi rayonunda qeydə alınıb.
Kadrlarda, yolun hərəkət hissəsini nəqliyyat vasitələri ilə kəsən, aralarında bəy və gəlinin də olduğu bir qrup toy iştirakçısının musiqinin müşayiəti ilə rəqs etdiyi görülür.
Uzun tıxaca səbəb olan toy iştirakçılarının bu özbaşınalığı, bir sürücünün rəqs edənlərə yaxınlaşaraq, “belə axmaqlıqmı olar?!” sözlərini dedikdən sonra başa çatıb. Toy karvanındakılar avtomobillərinə minərək yola düşdükdən sonra, nəhayət nəqliyyatın hərəkəti öz axarına düşüb.
Çəkilən video sosial şəbəkədə yayımlandıqdan sonra hərəkətə keçən polis, qayda pozan toy iştirakçılarının şəxsiyyətlərini müəyyənləşdirərək cərimələyib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man