“BMW” “zebra”da 9 yaşlı piyadanı vurub öldürdü - VİDEO

Nəqliyyat TV 24 Sentyabr 2020 | 13:36
OXUNUB: 1572

Rusiyanın Meqion şəhərində məktəbli piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisə Zareçnoy küçəsində qeydə alınıb.

Kadrlarda, minik avtomobilinin sürətlə hərəkətdə olduğu və bu zaman yerüstü keçiddən qaçaraq keçməyə çalışan piyadanı vurduğu görülür. Zərbənin təsirindən havaya qalxan piyada bir neçə metr uçaraq asfalta dəyir.

Yerli KİV-in məlumatına görə, şəhər sakini olan 9 yaşlı məktəbli aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Qəzanı törədən “BMW” markalı avtomobilin 30 yaşlı sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man