Başı telefona qarışan qadın piyada keçidində qayınatasını vurub qaçdı - VİDEO

Nəqliyyat TV 24 Sentyabr 2020 | 08:33
OXUNUB: 6306

İngiltərənin Midland əyalətində qadın idarə etdiyi avtomobillə qayınatasını vuraraq hadisə yerindən qaçıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüsü Lester şəhərində yerləşən küçələrin birində təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Məlumata görə, 29 yaşlı Fathetha Begun Abedin idarə etdiyi şəxsi minik avtomobili ilə hərəkətdə olarkən, bir anlıq mobil telefonuna başı qarışıb və bu zaman piyada keçidindən keçən 61 yaşlı kişini vurub, ardınca da hadisə yerindən yayınıb. 

Yaşlı kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və o, 11 gün müalicə alıb.

Polis, hadisəni törədən qadını tapmaq üçün təhlükəsizlik kameralarını araşdırıb və bir müddət sonra onu saxlayıb.

İstintaq zamanı, Abedenin vurduğu kişinin, onun qayınatası olduğu məlum olub.

Qeyd edək ki, 29 yaşlı sürücü məhkəmənin qərarı ilə 18 ay həbs cəzası alıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man