Dünən Bakının Sabunçu rayonu ərazisində şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik maşınına dəydikdən sonra hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə, daha sonra isə yol kənarında olan dəmir arakəsmələrə çırpılmışdı.
Avtosfer.az xəbər verir ki, nəticədə “Mercedes” markalı avtomobildə olan sürücü, avtomobildən çıxaraq bir neçə metr kənara düşüb və hadisə yerində dünyasını dəyişib. Avtomobilin sərnişinləri isə bədən xəsarətləri alıb.
“KamAZ” markalı yük avtomibilinin və digər minik maşının sürücüləri xəsarət almayıb.
Avtosfer.az hadisənin videogörüntülərini əldə edib. Görüntülərdə "Mercedes" markalı avtomobilin yüksək sürətlə hərətək etdiyi, qəflətən idarəetmədən çıxdığı görünür. Ardınca isə "Kamaz" markalı yük maşınına çırpılır. Sürücü isə avtomobildən yola düşür.
Videonu təqdim edirik:
Orxan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man