Türkiyənin Kayseri şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə baş verən yol qəzasının görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə “Organize Sanayi Bölgesi” küçəsi 16 ünvanında baş verib.
Kadrlarda, TIR sürücüsünün qarşıdan gələn hərəkət iştirakçılarına yol verməyərək manevr etdiyi və bu zaman sürətlə hərəkətə olan minik avtomobilinin ona çırpıldığı görülür.
Zərbənin təsirindən “Opel”in mühərrik hissəsi yanmağa başlayır. Ətrafdakı insanların müdaxiləsindən sonra yanğın söndürülür.
Agentliyin məlumatına görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarətlər alıb. Yaralı, hadisə yerinə cəlb edilən ambulansla xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man