Sürücü avtobusa maskasız minən sərnişini bıçaqladı - VİDEO

Nəqliyyat TV 22 Sentyabr 2020 | 20:09
OXUNUB: 50512

Türkiyənin Bursa vilayətində avtobus sürücüsü sərnişini bıçaqlayıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Osmangazi rayonunda qeydə alınıb.  

İddiaya görə, anası ilə birlikdə dayanacaqda avtobus gözləyən Savaş B., 17-D saylı marşruta maskasız minmək istəyib. Avtobus sürücüsü İzzət Ç. isə, Savaş B.-ni maska taxması üçün ona xəbərdarlıq edib. Ancaq sürücünün xəbərdarlığına əsəbiləşən Savaş B., maska taxmaqdan imtina edib. Bundan sonra tərəflər arasında əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava yaşanıb. Bu əsanda İzzət Ç. üzərində gəzdirdiyi bıçaqla, Savaş B.-ni qoluna və kürəyinə zərbələr endirib. Yaralanan Savaş B. avtobusdan enərək dayanacağa yıxılıb. 

Digər sərnişinlərin xəbər verməsi ilə hadisə yerinə polis və təcili tibbi yardım briqadasının əməkdaşları gəlib.

Xəsarət alan Savaş B., təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Sürücü İzzət Ç. isə, polis əməkdaşları tərəfindən həbs edilərək bölməyə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man